Fransa çempionatının III turunda qalmaqalla nəticələnən "Nitsa" - "Marsel" oyunu ilə bağlı qərar verilib.
Fanat.Az xəbər verir ki, ölkənin Peşəkar Futbol Liqası təkrar keçirilməsi ilə bağlı qərar qəbul edib.
Görüş neytral meydançada azarkeşsiz oynanılacaq.
Xatırladaq ki, "Nitsa" - "Marsel" oyunda meydan sahiblərinin azarkeşləri kütləvi şəkildə meydanda qaçaraq rəqib komandanın futbolçuları ilə əlbəyaxa olublar.
Emin Şəmsiyev