"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu (Cristiano Ronaldo) bugünkü məşqə yeni "Bentley Flying Spur"la gəlib.
Fanat.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, avtomobilin qiyməti təxminən 300 min avrodur.
Xatırladaq ki, MY-ya qayışından sonra Ronaldu çıxış etdiyi hər oyun qol vurub. "Qırmızı şeytanlar" növbəti oyununu sentyabrın 25-i "Aston Villa" klubuna qarşı keçirəcək.
Emin Şəmsiyev