"Barselona"nın baş məşqçisi Ronald Kuman "Real Madrid"ə (1:2) uduzduqları İspaniya La Liqasının X tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qalıb.
Fanat.Az xəbər verir ki, azarkeşlər Kuman stadiondan çıxarkən maşınına hücum ediblər.
Fanatlar mütəxəssisin avtomobilini mühasirəyə alaraq ona vurmağa və yüksək səslə qışqırmağa başlayıblar.
Həmin epizodun videosunu təqdim edirik:
Emin Şəmsiyev