Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb rusiyalı mütəxəssisin çempionat oyununda "Kayrat"a (0:1) qarşı hörmətsizlik etməsidir.
51 yaşlı baş məşqçi ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb.
İntizam Komitəsi Tixonovu Qazaxıstan Futbol Federasiyasınin bayrağı altında keçirilən yarışlardan 2 il müddətinə diskvalifikasiya edib.
Bundan əlavə, "Astana"nın erməni futbolçusu Tiqran Barseqyanın azarkeşlərə qarşı təhqiredici jest görə 1 aylıq cəzalanıb. Hər iki şəxsin cəza müddəti oktyabrın 25-dən hesablanır.
Qeyd edək ki, "Kayrat" "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu III turda Bakıda Almatı təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti görüş noyabrın 4-də Qazaxıstanda keçiriləcək.