Futbol üzrə Portuqaliya Kubokunda 1/4 final mərhələsində millimizin hücumçusu Renat Dadaşovun komandası “Tondela” səfərdə “Rio Ave” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, əlavə vaxtda 1:0 hesabıyla qalib gələn “Tondela” yarımfinala vəsiqə qazanıb.
95-ci dəqiqədə oyuna daxil olan Renat meydana çıxandan cəmi bir dəqiqə sonra komandasının qələbə qolunu vurub.
Həmin qolun videosunu təqdim edirik: