2021-ci il üçün Puşkaş mükafatının qalibi məlum olub.
Fanat.Az xəbər verir ki, "Tottenhem"in sabiq futbolçusu Erik Lamelanın Premyer Liqa çərçivəsində "Arsenal"ın qapısından keçirdiyi top "ən yaxşı" seçilib.
Mükafata namizədlər siyahısında Çexiya millisinin hücumçusu Patrik Şikin AVRO-2020-də Şotlandiyanın qapısına və "Portu"nun forvardı Mehdi Tareminin UEFA Çempionlar Liqasında "Çelsi"yə vurduğu qollar da yer alıb.
Xatırladaq ki, Erik Lamela hazırda İspaniyanın "Sevilya" klubunda çıxış edir.
Emin