03:37 31.01.2022 1734

Baş məşqçinin Mahir Emrelini necə danladığının videosu yayıldı

Polşa "Legiya"sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb.

Fanat.Az xəbər verir ki, "Kanal Sportowy"də yerləşdirilmiş videoda 51 yaşlı mütəxəssis oyunçuları sərt tənqid etdiyi məlum olur. O, xüsusilə, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini hədəfə alıb:

"Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? "Lex"lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil".

Təcrübəli mütəxəssis 24 yaşlı hücumçuya onun şəxsi həyatından da xəbərdar olduğunu deyib: "Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam".

Mixneviç Emrelini real qol şanslarını qaçırmasına görə də qınayıb: "Varşavanın 2 milyon əhalisindən 1,5 milyonu "Legiya"nı dəstəkləyir. Biz isə belə münasibətlə onları yaralayırıq. Ona görə yox ki, Emreli "Lex"lə matçda qol imkanını əldən verdi. Özü də məyusdur. Üç aydır gələn şəxs mənimlə salamlaşır, kofe içir. Amma birdən-birə yeməkxanaya daxil olanda yanımdan kölgə kimi keçir. Mən sənə heç nə etməmişəm. Nə etmisizsə, siz etmisiz, imkanlardan bir komanda kimi siz yararlanmamısız. Başa düşürəm ki, bu, topdur. Sən beynində çox şeyi yaxşılaşdırmalısan. Amma inciyirsənsə, ağlayırsansa, başqa həyat yaşayırsansa, bunu deməkdən qorxmuram: Bura Azərbaycanın çarı kimi gəlmisən, amma mənim üçün hamınız bərabərsiniz".

Çətin vəziyyətlərin çətin qərarlar tələb etdiyini vurğulayan baş məşqçi əlavə edib ki, "Pyast"la səfər oyununa müharibəyə getmək istəyən heyət aparacaq: "Silahınızın lüləsini mənə yox, rəqiblərinizə tuşlamalısınız. Kürəyimi nişan alanlar isə olduqları yerdə qalacaqlar".

Qeyd edək ki, Çeslav Mixneviçin bu iclasda dedikləri nəticə verməyib. "Legiya" 2021-ci il oktyabrın 24-də keçirilmiş görüşdə 1:4 hesabı ilə uduzub. Ertəsi gün isə baş məşqçi istefaya göndərilib.

Tərcümə: Report.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2026
12:53

Mbappe Klozenin rekordunu qıracağına inanırmı?

12:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:27

İsveç millisi 88 il sonra ilki reallaşdırdı

11:58

"Kurasao millisi də futbol oynamağı bacarır" - Yulian Nagelsmann

11:31

Meksikalı futbolçu ölü tapıldı

11:06

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:40

Xedira "Real Madrid"də - SON DURUM

10:00

DÇ-2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

09:35

Uruqvay millisinin təyyarəsi ABŞ-yə buraxılmadı

09:00

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

21:24

Bir İspaniya nəhənginə keçəcəyi gözlənilən Kukurelya digərinə qoşulur - SON DURUM

20:51

"Barselona" Avstraliya millisinin yeni ulduzuna elçi düşüb

20:21

"Çelsi"dən "Mançester Siti"yə gözdağı

19:51

"Mançester Yunayted"ə "Milan" müjdəsi

19:14

DÇ-2026: Almaniya, Niderland və İsveç səhnəyə çıxır

18:42

Enrike ulduz futbolçunun satılmasına razılıq verdi

18:13

London klubu fransız istedadın transferində sona yaxınlaşır

17:52

"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisi üçün hərəkətə keçdi

17:26

Mundialda casusluq qorxusu: Belçika millisi rəsmən qapılarını bağladı

16:45

1974-cü ildən bəri Türkiyə kimi uduzan olmamışdı

16:29

ABŞ millisinin yarımmüdafiəçisi İngiltərə nəhənginin transfer hədəfidir

15:55

"Buna görə də Avstriya bizi cəzalandırdı" - Arda Güler səbəbləri açıqladı

15:06

"Bəzən ayağa qalxmaq üçün sillə yemək yaxşıdır"

14:43

Arda Turan hamını qabaqladı

14:09

Ralf Ranqniklə müqavilə yenilədilər

13:51

Avropa Liqası: Azərbaycan millisi İspaniya ilə üz-üzə

13:17

Azərbaycan yığmaları yarımfinal oyunlarına çıxır

12:44

Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

12:26

Popoviç Türkiyə üzərində qələbəni dəyərləndirdi

11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X