"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri argentinalı hücumçu Paulo Dibalanın bu yay azad agent kimi klubdan ayrılacağı ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun söylədiklərini belə çatdırıb:
“Paulo “Yuventus”da çıxış etdiyi 7 il ərzində vacib oyunçu olub. O, bura gələndə uşaq idi. Dibalanın bu səviyyəyə yüksəlməsinə kömək etdiyimi düşünürəm. Şübhəsiz, o, komandadakı mövqeyinə layiq idi və azarkeşlər haqlı olaraq ona hörmət göstərir. Daimi oyun ehtirası və səviyyəsi ilə kluba çox şey verdi.
"Latsio" ilə oyundan (2:2) sonra niyə Kyellini gülümsəyir, Dibala isə ağlayırdı? Sadəcə, emosiyalardır. Ola bilsin, Corco bu axşam evə gedəndə ağlayacaq, Paulo isə meydanda hisslərinə hakim ola bilməyib. Özüm də onlara baxanda belə desəm, duyğular fırtınası yaşadım".
Xatırladaq ki, Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir. 28 yaşlı argentinalı bu mövsüm liqada 28 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında da 5 matçda 3 qolu var.
Mirağa