Mövsüm başa çatan kimi Rusiya klubu ÇSKA ilə müqaviləni pozaraq Rusiyanı tərk edən Mario Fernandes karyerasına ara vermək fikrindədir.
Fanat.Az xəbər verir ki, braziliyalı müdafiəçinin meneceri Xorxe Maçado müştərisinin yeni klubu ilə bağlı suala cavab verərkən belə deyib.
"RB Sport" Marionun maraqlarını təmsil edən agentdən belə sitat gətirib: "Mario ən azı 2023-cü ilə qədər fasilə vermək istərdi".
Xatırladaq ki, Mario Fernandes 2012-ci ildən Moskva klubunda çıxış edib. O, 10 il ərzində 329 oyun keçirib, 11 qol vurub və 46 məhsuldar ötürmə verib. Futbolçu CSKA-nın 3-ü çempionluq olmaqla, altı kubok qazanmasına kömək edib.
2016-cı ildə isə braziliyalı müdafiəçi Rusiya vətəndaşlığı alıb. O, Rusiya millisinin heyətində 33 oyun keçirib və 5 qol vuraraq DÇ-2018-in 1/4 finalçısı olub.
Mirağa