"Mançester Yunayted"in ulduz hücumçusu Kriştianu Ronaldu "qırmızı şeytanlar"ın bu gün baş tutan məşqinə də qatılmayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Manchester Evening News" yayıb.
Mənbə MY-nin ardıcıl 4-cü məşqini buraxan portuqaliyalı forvardın ailə vəziyyətini bəhanə etdiyini, əslində özünə yeni iş yeri axtardığını vurğulayıb. Xəbərdə Mançester təmsilçisinin hazırlıq prosesini davam etdirmək üçün sabah Avstriyaya yola düşəcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Ronaldunun klubun transfer siyasətindən narazı qaldığı və Çempionlar Liqasında mübarizə aparan komandada oynamaq istədiyi üçün MY-dən ayrılmaq istədiyi bildirilir.
Nihat