"Mançester Yunayted" İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində "Brayton"a qarşı keçirəcəyi oyun üçün start heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Erik ten Haq ailəsində problem olduğunu əsas gətirərək komandanın hazırlıqlarına qatılmayan Kriştianu Ronaldunun adını start "11-liy"ə salmayıb.
Portuqaliyalı ulduz ehtiyat oyunçular skamyasında yer alacaq.
Xatırladaq ki, Ronaldu forması ilə parladığı MY-yə 2021-ci ildə qayıdıb.
Nihat