Türkiyənin "Qalatasaray" klubu rəsmi saytı vasitəsi ilə iki futbolçu ilə müqavilə bağladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar belçikalı forvard Dris Mertens və uruqvaylı yarımmüdafiəçi Lukas Torreyradır.
2011-ci ildən Belçika millisinə dəvət alan Mertenslə 1 illik müqavilə bağlanıb. "Napoli"dən bir müddət öncə ayrılan 35 yaşlı Dris "aslanlar"a havayı qismət olub.
London "Arsenal"ından alınan 26 yaşlı Torreyra isə müddəti 2026-cı ilə qədər olan anlaşmaya imza atıb. "Transfermarkt" portalı Uruqvay millisinin üzvünün Türkiyə təmsilçisinə 6 milyon avroya başa gəldiyini bildirir.