Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün son iki matç baş tutub.
"Fənərbağça" "Konyaspor"un qonağı olub. Ötən mövsümü ikinci pillədə başa vuran "sarı lacivərtlər" Konyada xal itkisinə məruz qalıblar.
"Beşiktaş" isə doğma azarkeşlər önündə "Sivasspor"u sınağa çəkib.
Türkiyə Super Liqası
IV tur
29 avqust
Konyaspor - Fənərbağça 1:0
Qol: Muhammed Demir, 66.
Beşiktaş - Sivasspor 3:1
Qollar: Cekson Muleka, 12, 41. Uourt Ueqorst, 29. - Dia Saba. 86.
28 avqust
Kasımpaşa – Hatayspor 1:0
Qol: Hayradinoviç, 36.
Kayserispor – Giresunspor 3:0
Qollar: Bulut, 22. Qavranoviç, 72. Çivelek, 87.
Trabzonspor – Qalatasaray 0:0
27 avqust
Fatih Karagümrük - Ankaragücü 4:1
Qollar: Dursun, 2, Borini, 9; 48, Baniya, 53-öz qapısına, Diagne, 83.
Alanyaspor - İstanbulspor 0:1
Qol: Ethemi, 48.
Adana Demirspor - Ümraniyespor 1:0
Qol: Rodriges, 6.
26 avqust
"Qaziantep" - "Antalyaspor" 5:2
Qollar: Joao Figeuredo, 28, 54, 73. Tomaş Pekhart, 58. Ancelo Saqal, 67 - Haci Vrayt, 30, 40.