Amerikalı milyaderlər ailəsi - "Mançester Yunayted"in sahibi olan Qleyzerlər klubu satmağa hazırdırlar.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, İngiltərə nəhənginin səhmləri 4,35 milyard avroya satılacaq. Mənbə potensial alıcılardan birinin adını da açıqlayıb. Bu, Böyük Britaniyanın ən varlı adamı Cim Retkliffdir. Bir müddət öncə MY-nin səhmlərinin bir hissəsini almağa səy göstərən Retkliffi Qleyzerlərin tam paket üçün müəyyənləşdirdiyi qiymətin qane edib-etməyəcəyi bilinmir.
Bundan başqa, xəbərdə Mançester təmsilçisinə BƏƏ-nin müstəqil investisiya fondlarından birinin sahiblənmək ehtimalı da qabardılıb.
Nihat