"Çelsi"nin qapıçısı Eduard Mendi klubda qalmaq istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə "Evening Standart" məlumat yayıb.
Mənbə qeyd edir ki, 30 yaşlı qapıçı London təmsilçisinin yeni müqavilə təklifinə "yox" deyib. Buna səbəb isə Mendiyə veriləcək pulun komandanın ikinci qapıçısı Kep Arisabalaqinin maaşından (həftəsinə 220 min avro) daha az olub.
Xatırladaq ki, Mendinin "Çelsi" ilə mqaviləsi 2025-ci ildə başa çatır.