"Ayaks"ın icraçı direktoru Edvin van der Sar klubu ilə müqaviləsinin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Son on ildə "Ayaks"da çox şey baş verib. Bu illər ərzində biz klubla bir çox cəhətdən inkişaf etmişik. Beynəlxalq səviyyədə tanınmağımız əsas komandanın nəticələri hesabına əhəmiyyətli dərəcədə artıb".
Emin