"Real Madrid"in italiyalı çalışdırıcısı Karlo Ançelotti mətbuata Federiko Valverde ilə arasında gedən sövdələşmədən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" 63 yaşlı baş məşqçinin bu barədə dediklərini belə çatdırıb:
"Valverde hazırda yaxşı performans göstərir. Əminəm ki, o bu mövsüm "Real"ın heyətində kifayət qədər qol vuracaq. Ona demişəm ki, bu mövsüm ən azı 10 qol vurmasa, məşqçilik lisenziyamı cırıb klubdan gedəcəyəm”.
Emin