"Zirə"nin yunanıstanlı müdafiəçisi Dmitrios Çantakias ölkəsinin mətbuatına açıqlamasında komandanın çalışdırıcısı Rəşaq Sadıqovla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Gazzetta.gr" saytı 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Baş məşqçi birbaşa mənimlə əlaqə saxladı. Mənə güvənir və nə istədiyini izah edib. Bunu yaxşı qiymətləndirirəm. Premyer Liqanın VI turunda "Səbail"ə vurduğum qolu da məhz ona həsr etmişdim.
Gəldiyim andan avrokuboklarda oynamaq istəyirdik. İlk mövsümdə uğur qazana bilmədik. Amma ötən mövsüm çempionatda 3-cü olduq və ölkə kubokunun finalına yüksəldik. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə İsrailin "Makkabi" (Tel-Əviv) klubuna uduzduq. Amma bu matçlarda yaxşı oynamışdıq və mərhələ keçə bilərdik. İki qarşılaşmadakı statistikamıza nəzər salsaq, çox yaxşı iş ortaya qoyduğumuzu görə bilərik.
Bura komandanın baş məşqçisi Rəşad Sadıqov sayəsində gəlmişəm. O, uzun illər Azərbaycan millisinin kapitanı olub və ölkə futbolunun əfsanəsidir. Sadıqovu Trayanos Dellasla müqayisə edərdim".
Emin