"Tottenhem" "İnter"in ulduz futbolçusu Milan Şkrinyarı transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, "Football Insider" məlumat yayıb.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi ilə PSJ və "Real Madrid" də maraqlanır.
Hər üç klub yanvarda futbolçu üçün təklif göndərməyə hazırdır.
Transfermarkt portalı onun dəyərini 65 milyon avro qiymətləndirir.