"Barselona"nın keçmiş hücumçusu David Vilya ötən yay "Bayern Münhen"dən 45 milyon avroya satın alınan Robert Levandovskinin çıxışını qiymətləndirib.
Fanat.Az xəbər verir ki, "Cadena Ser" saytı veteran futbolçunun dediklərini belə çatdırıb:
“Robert son illərdə dünyanın ən yaxşı hücumçularından biridir. Yeni kluba uyğunlaşma mütləqdir, lakin onun kimi istedad hər yerdə oynaya bilər. Levandovski çox bacarıqlı və təcrübəlidir, ona görə də adaptasiya nə qədər vaxt aparsa da, nəticə göstərməyə davam edəcək”.
Emin