
Lionel Messi Argentina millisində yeni ləqəb qazanıb.
Fanat.Az xəbər verir ki, bu barədə ulduz futbolçunun millidə komanda yoldaşı olan Papu Qomes jurnalistlərlə söhbətində deyib.
O, Messini "zəli" adlandırdıqlarını deyib. Qomes ləqəbin müəllifi kimi özünü və Rodriqo de Paulu nişan verib. O, kapitanlarını niyə belə adlandırıldığını ictimaiyyətə açıqlamaq istəməyib və əlavə edib ki, Qətərdə keçiriləcək dünya çempionatının sonunda buna aydınlıq gətirəcək.
Bu arada, Argentina titulun ən böyük favoritlərindən biri olduğu dünya çempionatına hazırlaşır. Messinin komandası sabah gecə Yamayka ilə qarşılaşacaq. Bundan bir neçə gün əvvəl isə Argentina yoldaşlıq görüşündə Cənubi Amerikanın hazırkı çempionu Hondurasa 3:0 hesabı ilə qalib gəlib. Messi həmin oyunda iki qol vurub.
Mirağa