
Oktyabr ayı UFC izləyiciləri üçün çox maraqlı keçəcək.
Fanat.Az xəbər verir ki, UFC oktyabr ayında azarkeşlərinə möhtəşəm qarşılaşmalar təqdim edəcək. Ay boyunca həm çempionluq kəmərləri uğrunda, həm də yüksək səviyyəli reytinq döyüşləri keçiriləcək.
Oktyabr ayının əsas tədbirləri bunlardır:
4 oktyabr – “UFC 320: Ankalaev vs Pereira 2” (Las Veqas, ABŞ)
Gecənin əsas qarşılaşmalarında Maqomed Ankalaev ilə Aleks Pereira yüngül ağır çəkidə çempionluq kəməri üçün revanşa çıxacaq. Digər diqqətçəkən döyüşlərdə Tom Aspinall – Kiryl Ceyn (ağır çəki) və Merab Dvalişvili – Cory Sandhagen (bantamveyt titulu) qarşılaşmaları olacaq.
11 oktyabr – “UFC Fight Night: Oliveira vs Fiziev” (Rio-de-Janeyro, Braziliya)
Yüngül çəkidə braziliyalı ulduz Çarlz Oliveira, azərbaycanlı Rafael Fizievlə qarşı-qarşıya gələcək.
18 oktyabr – “UFC Fight Night: de Ridder vs Hernandez” (Vankuver, Kanada)
Orta çəkidə diqqətçəkən qarşılaşmada Reinier de Ridder ilə Antoni Hernandez qüvvəsini sınayacaq.
25 oktyabr – “UFC 321: Aspinall vs Ceyn” (Əbu-Dabi, BƏƏ)
Ayın son böyük tədbirində ağır çəkidə çempionluq uğrunda Tom Aspinall ilə Kiryl Ceyn arasında möhtəşəm döyüş keçiriləcək.
Oktyabr UFC təqvimi azarkeşlər üçün olduqca zəngin və həyəcanlı görünür. Bir-birindən güclü döyüşlər ilə oktyabr ayı MMA dünyasında ilin ən yaddaqalan aylarından birinə çevrilə bilər.
Kamil Xudiyev