
Azərbaycanlı döyüşçü Tofiq Musayev yaxın müddətdə yeni döyüşünü açıqlayacaq.
Fanat.Az xəbər verir ki, daha əvvəl verdiyi müsahibədə o, 5 oktyabr UFC 320 kartında döyüşəcəyini desə də, böyük ehtimalla həmin tədbirdə yer almayacaq. Çünki UFC 320-nin bütün döyüşləri artıq rəsmi elan olunub.
Buna görə də Musayevin oktyabr ayında başqa bir turnirdə oktagona çıxması gözlənilir. Onun üçün ehtimal olunan 3 rəqibdən söz açılır:
Şem Rok – “Octagon MMA” döyüşçüsüdür. Oktyabr ayında UFC-də debüt etməsi gözlənilir. İngiltərənin Liverpul şəhərində doğulub, İrlandiyanı təmsil edir. 32 yaşı var. Statistikası: 12-1-1.
Ludovit Klein – Slovakiya döyüşçüsüdür, 30 yaşı var. 5 ildir UFC-də çıxış etsə də, hələ reytinq sıralamasına düşə bilməyib. Son görüşündə Mateş Qamrot qarşısında xal ilə məğlub olub. Ondan öncə isə 4 qələbəlik seriyası vardı. Statistikası: 23-5-1.
Çarli Kampbell – ABŞ təmsilçisidir, 30 yaşındadır. Hal-hazırda 3 qələbəlik seriya ilə irəliləyir. Son döyüşünü ötən ilin aprelində keçirib və o vaxtdan bəri oktagona çıxmayıb. Statistikası: 9-2-0.
Hələlik bu adlar yalnız ehtimal kimi göstərilir. Tofiq Musayevin rəqibi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.
Kamil Xudiyev