
UFC-də uğurlu çıxışını davam etdirən azərbaycanlı idmançı Tofiq Musayevin sonuncu qarşılaşması növbəti dəfə gündəmə gəlib.
Fanat.Az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, Musayev və Çili təmsilçisi İqnasio Bahamondes arasında baş tutan gərgin mübarizə rəsmi olaraq mart ayının ən yaxşı döyüşü seçilib.
"UFC Fight Night 271" turniri çərçivəsində keçirilən və təmsilçimizin qələbəsi ilə yekunlaşan bu qarşılaşma həm azarkeşlər, həm də MMA mütəxəssisləri tərəfindən ayın ən baxımlı hadisəsi kimi xüsusi qeyd olunub.
Xatırladaq ki, hər iki idmançı bu qarşılaşmada göstərdikləri üstün performansa görə həm də "Gecənin döyüşü" bonusuna layiq görülərək hərəyə 100 min dollar mükafat qazanıblar.
Kamil Xudiyev