Azərbaycan Cüdo Federasiyasının (ACF) builki büdcəsi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumatına görə, Yay Olimpiya Oyunları keçirildiyi illərdə böyük büdcə ilə təmin edilən qurum bu il də diqqətdən kənarda qalmayıb.
ACF 2020-ci ildə SOCAR-dan 30 milyon manata yaxın maddi dəstək alacaq.
Qeyd edək ki, Yay Olimpiya Oyunları olmayan illərdə qurumun hesabına orta hesabla 15-20 milyon manat vəsait köçürülür.
Fanat.Az