17:22 07.10.2020 1501

Azərbaycan idman ictimaiyyəti Ordumuza dəstək verdi

Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyatı beynəlxalq təşkilatlara və idman qurumlarına Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən bəyanat ünvanlayıb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan Bəyanat on iki minə yaxın təşkilata göndərilib. Bəyanatda deyilir: "Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!”

Bununla yanaşı, Azərbaycan ordusunun yanında olan, hər an döyüşə hazır olduğunu bildirən Azərbaycan idman ictimaiyyəti adından orduya geyim, tibbi ləvazimatların olduğu 100-ə yaxın sovqat da gönədrilib.

Bəyanatda bildirilib: "Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.

Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.

Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!

Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq! "
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

Facebookdan bizi izləməyi unutmayın.
X