Beynəlxalq Sambo Federasiyasının (FIAS) konqresi təşkilatın prezidenti Vasili Şestakovun səlahiyyət müddətini 2025-ci ilin noyabrınadək uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə FIAS-ın mətbuat xidməti məlumat yayıb.
Altmış yeddi yaşlı V.Şestakovun səlahiyyət müddətinin uzadılması təklifi Avropa və Ümumrusiya Sambo federasiyalarının prezidenti Serqey Eliseyev tərəfindən irəli sürülüb. Qərar konqres üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Şestakov 2009-cu ildən FIAS-ın rəhbəridir.
Fanat.Az