Sambo üzrə dünya çempionatı 2021-ci ilin payızında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyi (WADA) məlumat yayıb. Çempionatın öncə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin Ümumrusiya Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyasına (FIAS) və Moskva meriyasına turnirin 2025-ci ilə qədər təxirə salınması xahişi ilə müraciət edib.
"WADA, Beynəlxalq Sambo Federasiyasının 2021-ci ildə Moskvada keçiriləcək Sambo üzrə dünya çempionatının təxirə salınması barədə qərarını təsdiqləyib”-deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, Daşkəndə keçiriləcək dünya çempionatı 11-15 noyabr tarixlərində keçiriləcək.
Fanat.Az