Azərbaycan samboçusu Toğrul Salmanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 98 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı özbəkistanlı Ruslan Rüstəmovla qüvvəsini sınayıb.
Rəqibinə 1:0 hesabı ilə qalib gələn Salmanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha öncə 58 kq çəki dərəcəsində çıxış edən Nicat Məmmədli rusiyalı Nikolay Lukyançuku, 64 kq-da mübarizə aparan Elvin Bağırov isə özbəkistanlı Şahriyorbek Mamatkulovu məğlub edərək qızıl medal qazanıblar.