WBC versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda böyük britaniyalı Tayson Fyuri və ABŞ boksçusu Deontey Uaylder üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Las-Veqasda təşkil olunan qarşılaşmada Fyuri rəqibini 11-ci raundda nokautla məğlub edərək titulunu qoruyub.
Beləliklə, "Qaraçı kralı" ləqəbli 33 yaşlı boksçu peşəkar karyerasında keçirdiyi 32-ci döyüşdə 31-ci qələbəsini qazanıb.
Xatırladaq ki, boksçular ilk dəfə 2018-ci ilin dekabrında qarşılaşmış və döyüş bərabərliklə bitmişdi. 2020-ci ilin fevralında baş tutan ikinci görüşü isə Fyuri 7-ci raundda texniki nokautla qazanaraq WBC kəmərinin sahibi olmuşdu. Üçüncü döyüşün cari ilin iyulunda keçirilməsi planlaşdırılsa da, qarşılaşma britaniyalının koronavirusa yoluxması səbəbindən təxirə salınmışdı.