Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə mübarizə aparan yeniyetmə samboçularımızdan ikisi çıxışını medalla başa vurub.
Millimizin 53 kiloqram çəki dərəcəsindəki üzvü Sahib Babayev yalnız finalda uduzaraq gümüş medalı boynundan asıb.
58 kq-da yarışan Əli Hacıyev isə bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, dünya birinciliyinə oktyabrın 17-də yekun vurulacaq.
Sahib Əsədbəyli