ABŞ-ın Las-Veqas şəhərində UFC-nin növbəti döyüş gecəsi keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı məşqçi Orxan Paşayevin yetirməsi amerikalı Çarlz Rosa həmyerlisi Trenton Cozef Braunla üz-üzə gəlib. Qarşılaşma Braunun qələbəsi ilə yekunlaşıb.
Bu, 35 yaşlı Rosa üçün ümumilikdə 21-ci döyüş olub. O, 7-ci dəfə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, O. Paşayev əvvəllər yunan-Roma güləşi ilə məşğul olub və 2010-cu ildə tələbələr arasında dünya çempionatının qızıl medalını qazanıb.