Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Cəbəllütariqin “Linkoln” komandasını qəbul edib.
Səfərdə keçirdiyi ilk görüşdən 2:0 qalib ayrılan Qurban Qurbanovun komandası cavab oyununda daha inamlı qələbə qazanaraq mərhələni adlayan tərəf olub.
Türkiyən nəhəngi “Fənərbağça” isə İstanbulda “Luqano” ilə üz-üzə gəlib. Joze Mourinyunun rəhbərlik etdiyi İstanbul nəhəngi ilk görüşdə olduğu kimi, minimal hesabla qalib gələrək mərhələ adlayıb.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0
İlk oyun - 2:0
Petrokub (Moldova) – APOEL (Kipr) 1:1
İlk oyun - 0:1
Sparta (Praqa, Çexiya) – Şemrok (İrlandiya) 4:2
İlk oyun - 2:0
Fənərbağça (Türkiyə) – Luqano (İsveçrə) 2:1
İlk oyun - 4:3
TNS (Uels) – Ferentsvaroş (Macarıstan) 1:2
İlk oyun - 0:5
Slovan (Slovakiya) – Çelye (Sloveniya) 6 0
İlk oyun - 1:1
Klaksvik (Farer adaları) – Malmö (İsveç) 3:2
İlk oyun - 1:4