Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun yekunlarına əsasən ən yaxşı qolun müəllifi seçilib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu UEFA-nın saytında yerləşdirilən sorğunun qalibi olub.
Goal of the Week! ⚽️ A, B, C or D? 🤷#UCLGOTW | @Heineken | #UCL
— UEFA Champions League (@ChampionsLeague) September 7, 2022
Səsvermədə Portuqaliya "Benfika"sının müdafiəçisi Alexandro Qrimaldo, Almaniya "Bavariya"sının vingeri Leroy Sane və İspaniya "Barselona"sının xavbeki Ferran Torres də də iştirak edib.
Qeyd edək ki, Kilian Mbappenin PSJ – "Yuventus" (2:1) oyununda dubl müəllifi olub. Hücumçu bu qolu 5-ci dəqiqədə rəqib qapısından keçirib.