21:50 01.06.2022 695

AKAF mətbuat konfransı təşkil etdi  - FOTOLAR

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası mətbuat konfransı təşkil edib.

Fanat.Az xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə baş tutan tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının vitse-prezidenti Fərid Əmirov və baş katibi Fərhad Əliyev iştirak edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov federasiyanın 2022-ci ildə gördüyü işləri yüksək dəyərləndirib. O, 6-7 may tarixində təşkil edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasının əhəmiyyətini xüsusi vurğulayıb. Elnur Məmmədov həmçinin Azərbaycan Kanoe və Avarçəkmə  Federasiyasına gələcək işlərində uğur arzulayıb.

Daha sonra çıxış edən federasiya rəsmiləri AKAF-ın 2022-ci ildə gördüyü işlər və gələcək planları haqqında məlumat verib:

Qeyd olunub ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən tədbir zamanı ölkənin müxtəlif regionlarında uşaqlarla mütəmadi olaraq səyyar görüşlər keçiriləcək. Burada əsas məqsəd uşaqlar və yeniyetmələr arasında avarçəkmə idmanına marağı artırmaq və kütləviliyi təmin etməkdir. 1 iyundan etibarən isə bulvar ərazisində “Kiçik Venesiya şəhərciyi”ndə avarçəkmə məşqləri keçiriləcək. Hal-hazırda Bakı Bulvarında dəniz avarçəkməsinin tələblərinə uyğun ərazini müəyyənləşdirmək üçün mütəxəssislər işləyirlər. Yaxın zamanda Bakıda dəniz avarçəkməsinin inkişafına başlanılacaq.

Həmçinin cari il ərzində federasiyanın gördüyü işlər barədə də media nümayəndələrinə məlumat verilib. Bildirilib ki, qurumun rəsmi adı və loqotipi dəyişdirilib. Yanvarın 29-u Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər Gününə həsr edilən “Gənclər kuboku” keçirilib. Koronavirus pandemiyasından sonra baş tutan həmin yarışın təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq olub. Novruz Bayramı ərəfəsində AKAF işğaldan azad olunmuş torpaqlarımızda idmançıların genişmiqyaslı ilk təlim-məşq toplanışını keçirib. Toplanışı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəxsən izləməsi məsuliyyəti daha da artırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk beynəlxalq  yarışı da Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası keçirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən “Prezident kuboku-2022 ” beynəlxalq reqatasının ilk günü Suqovuşan su anbarında baş tutub.

Mətbuat konfransı zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yeni rəsmi saytı (akaf.az) ictimaiyyətə təqdim olunub.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş tutan tədbirin sonunda avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda nümayiş etdirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X