
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytı 4 futbolçunu namizəd göstərib.
Bu ada “Real Madrid”dən Kilian Mbappe, PSJ-dən Vitinya, PSV-dən Noah Lanq və "Benfika"nın türkiyəli oyunçusu Orkun Kökçü namizəddir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.