
Bu gün "Şamaxı" "Karvan"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, komandalar yay hazırlıq planı çərçivəsində yoxlama görüşü keçiriblər. Qəbələ şəhər stadionunda keçirilən matç "Şamaxı"nın qələbəsi ilə başa çatıb - 2:0.
"Şamaxı"nın qollarını Abdullahi Şuaybu və Bilal İsmayılov vurub.
"Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq.
"Karvan"ın isə "Kəpəz" və "İmişli" ilə qarşılaşacağı bəllidir.