
Yeni mövsümə hazırlaşan I Liqa klubu "Cəbrayıl" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Fanat.Az-ın məlumatına görə, Bəxtiyar Soltanovun baş məşqçisi bölgə təmsilçisi bir gündə 2 oyun keçirəcək.
Sözügedən komanda sabah səhər "Baku Sportinq"lə, axşam isə "Səbail"lə üz-üzə gələcək.
İlk görüş saat 11:00-da Buzovna qəsəbə stadionunda baş tutacaq. "Dənizçilər"lə "ASCO Arena"da keçiriləcək ikinci sınaq matçı isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Cəbrayıl" ilk turda "Zaqatala"nın qonağı olacaq.
Mirağa