
Niderland Erediviziyasında 7-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" tur çərçivəsində doğma meydanda "Zvolle"ni qonaq edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kökçü meydana 73-cü dəqiqədə çıxıb və onun oyuna qoşulmasından sonra görüşdə hesab dəyişməyib.
"Volendam" 4 heç-heçədən sonra bu qələbə sayəsində xallarını 7-yə çatdırıb. Ozan Can 7 oyunun hamısında iştirak edib və 1 qol vurub. Onun komandası hazırda turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.
Mirağa