
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
"Real Madrid" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Türkiyə çempionu "Qalatasaray" doğma azarkeşləri önündə "Qarabağ"ın rəqiblərindən olan İngiltərə nəhəngi "Liverpul"la üz-üzə gələcək.
Ağdam təmsilçisinin ilk turda səfərdə 3:2 yendiyi "Benfika" "Çelsi" ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" növbəti sınağına sabah çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i qonaq edəcək. Matç saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
30 sentyabr
20.45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)
20.45. "Kayrat" (Qazaxıstan) - "Real Madrid" (İspaniya)
23.00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
23.00. "Atletiko Madrid" (İspaniya) - "Ayntraxt" (Almaniya)
23.00. "Budyo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
23.00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)
23.00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)
23.00. "Olimpik Marsel" (Frans) - "Ayaks" (Niderland)
23.00. "Pafos" (Kipr) - "Bayern Münhen" (Almaniya)