
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da ikinci oyun günündə növbəti sınağına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda doğma meydanda Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. ÇL-ə "Benfika" üzərində səfər qələbəsi (3:2) ilə başlayan "köhlən atlar" növbəti rəqibinə eyni aqibəti yaşatmaq əzmindədir. Belədə təmsilçimizin hətta pley-offa yüksəlmək istəyi üçün "yaşıl işıq" yana bilər.
"Qarabağ"a tanış rəqib olan "Kopenhagen"lə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma Niderlanddan olan hakimlər briqadası tərəfindən idarə olunacaq.
Qeyd edək ki, "Qarabağ" III turda İspaniyada "Atletik" ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr
20:45. "Qarabağ" – "Kopenhagen"
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya, Yannik Van Der Laan.
VAR: Rob Dyeperink, Yerun Manşo.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.