
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da ikinci oyun günündə növbəti sınağına çıxıb.
Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Oyunda ədalətli Serdar Gözübüyükün rəhbərlik etdiyi nidererlandlı hakimlər briqadası qoruyub. ÇL-ə "Benfika" üzərində səfər qələbəsi (3:2) ilə başlayan Ağdam təmsilçisi növbəti rəqibini 2:0 hesabı ilə yenərək xallarının sayını 6-ya çatdırıb.
Qeyd edək ki, "Qarabağ" III turda İspaniyada "Atletik" ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr
"Qarabağ" – "Kopenhagen" 2:0
Qollar: Abdullah Zubir, 28. Emmanuel Addai, 83.
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya, Yannik Van Der Laan.
VAR: Rob Dyeperink, Yerun Manşo.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
“Qarabağ: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Oleksiy Kaşuk, Kamilo Duran
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Heseynov
Baş məşqçi: Qurban Qurbanov
"Kopenhagen": Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k)
Ehtiyat oyunçular: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem
Baş məşqçi: Yakob Neestrub