
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə yarışın ilk yarımfinal qarşılaşması keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarımfinal oyununda Qazaxıstan komandası ilə qarşılaşıb.
Şəki şəhər stadionunda reallaşan oyunda Azərbaycan komandası 5:1 hesabı ilə qalib gələrək III MDB Oyunlarının finalına yüksəlib.
Günün digər yarımfinal oyunu isə Qırğızıstan və Özbəkistan komandaları arasında olacaq.
Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.