21:46 19.10.2025 514

Elmar Baxşıyev: "Yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir"

"Araz-Naxçıvan" Misli Premyer Lliqasının 8-ci turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizəli oyun getdi. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Çətin səfər oyununa komandanı kökləmişdik. Bu gün meydanda komanda kimi yaxşı iş ortaya qoyduq. Qalib də gələ bilərdik, uduza da bilərdik. Bir xal qazandıq. Yolumuza davam edirik.

- Qışda mərkəz müdafiəçisi transferi gündəmə gələcək?  

- Sırf o mövqeyə köklənməmişik. Qışa kimi uzun müddət var. O mövqedə sıxıntımız olsa, futbolçu cəlb edilə bilər. Amma futbolçularım universaldır, müdafiənin mərkəzində oynayacaq oyunçular var. Düşünürəm ki, sıxıntı yaşamamalıyıq.

- Oyundan sonra baş hakimə narazılıq edirdiz?

- Xeyr, narazlıq deyildi. Sadəcə oyun epizodu idi. "Neftçi"nin ikinci qoluna tam baxmamışıq. Amma epizod elədir ki, dəqiq qərar vermək olmur. 

- Patrik Andradenin performansı sizi razı salır?

- Patrikin enişdə olduğunu düşünmürük. Ondan istədiyimiz oyunu bizə verməyə çalışırdı. Böyük futbolçudur, böyük potensiala malikdir. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunlar göstərəcək. 

- Onun millisi dünya çempionatına vəsiqə qazandı, amma adı siyahıda yox idi. Bu, ona təsir edə bilər?

- Ümumi təsir etməyib. Əlbətət ki, o da öz ölkəsinin mundialda oynamağına sevinir. Onun psixoloji təsir altında olduğunu hiss etmirik. Daha çox komandamıza köklənib. Düşünürəm ki, Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçudur və bizə faydası dəyir. 

- Naxçıvana azarkeşlərlə görüşünüz oldu. Bu, ev oyunlarınızı Naxçıvanda keçirə biləcəyinizlə bağlı addım və ya mesaj idi?

- Görüş çoxdan nəzərdə tutulmuşdu. Sadəcə Konfrans Liqasına hazırlıq, oyunların sıxlığı ilə əlaqədar o səfəri milli fasiləyə salmalı olduq. Faydalı görüş oldu. Komanda da şəhəri görməkdən məmnun oldu. Gördülər ki, necə şəhərdir, futbolu orada necə sevirlər. Düşünürəm ki, biz Naxçıvana qayıtsaq, komanda olaraq böyümək ehtimalımız artar. Bizə vəd olundu ki, yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir.

- Felipe Santos Benin millisində oynayacaq. Sizinlə məsləhətləşdi? Afrika Millətlər Kubokunda oynayacaq və belədə düşərgədən uzaq qala bilər...

- Onun qərarıdır. Öz vətənində oynamaq istəyir. Müasir futbolda da bu normal haldır. Hansısa ölkənin vətəndaşlığına sahib olursan. Bizim xəbərimiz var idi. Biz də ona uğurlar arzuladıq. O, dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi. Gələcəkdə bizi nə gözləyir, nə mən, nə də Santos cavab verə bilər. Bizim üçün önəli oyunçudur. Sərəncamımızda olsa, komanda üçün daha xeyirli olar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

phrase_var_core.lent

29 phrase_var_core.june 2026
02:23

Dünya çempionatında görünməmiş qalmaqal

01:39

Dünya çempionatında hələ belə çılğınlıq olmamışdı

00:58

DÇ-2026: Kanada millisi 1/8 finalda

28 phrase_var_core.june 2026
23:57

Türkiyə millisi dünya çempionatları tarixinə görün hansı rekordla düşdü

23:03

"Sabah" "Ferentsvaroş"la sülhə razılaşdı

22:47

Murad Fətiyev Sindao Qran-prisinin bürünc medalını qazanıb

22:22

Nataniel Braun üçün 55 milyon avro

21:44

"Çelsi"dən Xabi Alonsonun istəyi ilə 30 milyonluq transfer addımı

21:08

"Şaxtyor" Çempionlar Liqası oyunlarını İngiltərədə keçirə bilər

20:38

"Mançester Yunayted" Xulian Alvares üçün birbaşa əlaqəyə keçdi

20:09

Argentinadan dünya çempionatında ağlasığmaz addım

19:42

"Real Madrid"də böyük "təmizləmə": Mourinyunun siyahısında kimlər var?

19:17

"Əl-Hilal" Rafinyadan imtina etdi

18:55

Florentino Peresdən Vinisius Juniora fantastik maaş təklifi

18:13

Modriç DÇ-də tarixi rekordu yenilədi

17:49

Qolsuz heç-heçənin ardından Koşta fərqləndirildi

17:12

Konqo DR - Özbəkistan duelinin ən yaxşı futbolçusu məlumdur

16:47

"Bütün Konqo xalqı adına xoşbəxtik" - Sebastyen Desabr

16:22

Kannavaro qrupdakı 3-cü yenilgini dəyərləndirdi

15:40

Dubla imza atdı, oyunun ən yaxşısı adına layiq görüldü

15:02

Hesabı açdı, matçın ən yaxşı oyunçusu oldu

14:43

Keyn Ronaldunu geridə qoydu

14:15

"Əlimizdən gələni edəcəyik ki..." - Vernidub Varqasla bağlı son vəziyyəti də açıqladı

13:38

Pley-offa yüksələn Əlcəzairin baş məşqçisi nə danışdı?

13:19

"Son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm" - Ralf Ranqnik

12:42

"Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda bizik"

12:08

Futbol tarixində Messi kimisi olmamışdı

11:39

Skaloni Argentinanın qələbəsini belə şərh etdi

11:23

Messi qrup mərhələsinin bombardiri oldu - Şərikli rekordçulara çata bildimi?

10:55

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri bilindi

10:17

DÇ-2026: Messi yenə qol vurdu, Argentina pley-offa maksimum nəticə ilə adladı

09:58

DÇ-2026: Konqo DR tarixində ilk dəfə pley-offda

09:00

DÇ-2026: İngiltərə millisi Panamanı, Xorvatiya seçməsi Qananı yendi

01:06

“Bu istəklə və templə davam edəcəyik” - Qurban Qurbanov

00:41

Meyson Qrinvud qərarını verdi: "Fənərbağça", yoxsa "Roma"?

00:02

Rafael Fiziyev 100 min avro qazandı

27 phrase_var_core.june 2026
23:42

"Beşiktaş" Kassum Ouattara transferində sona yaxınlaşır

23:15

UFC Bakı: Rafael Fiziyev ikinci raundda Manuel Torresi nokaut etdi

22:11

DÇ-2026: Argentina, Portuqaliya və İngiltərə növbəti sınağına çıxır

21:48

Qətərdən dünya çempionatında görünməmiş jest

phrase_var_core.fb
X