15:19 29.10.2025 1237

"Firuz Qulami ilə bağlı sənədə tək mən yox, sabiq futbolçuların hamısı imza atıb"

Yeni yaradılan "Gəncənin futbol əfsanələri" şurasının sədri Əli Rəhimov ünvanına sərt fikirlər səsləndirən Gəncə Futbol Veteranları İctimai Birliyinin sədr müavini Firuz Qulaminin onun haqqında səsləndirdiyi ittihamlara reaksiya bildirib. 

Tribuna verdiyimiz qurumun rəhbəri Fanat.Az-a açıqlamasında futbol veteranının dediklərini cavabsız qoymayıb.

Rəhimov uzun illər çiyin-çiyinə işlədiyi Qulaminin ittihamlarını yaxına buraxmayıb: 

"Mənim Firuzla heç bir problemim, ona qarşı iddiam yoxdur. O yaşım deyil ki, intriqa aparım. Firuz əksini iddia edirsə, özü bilər. Deyir ki, onunla bağlı məktubu tək mən imzalamışam. Halbuki, sabiq futbolçuların hamısı sənədə imza atıb. Söhbət hansısa məhkəmə sənədindən getmir. İrad o idi ki, klub haqqında əsassız ittihamlar səsləndirilirsə, bunu əsaslandırmalıdır.
"Feysbuk" səhifələrinin mənim göstərişimlə bloklanması barədə dedikləri də həqiqətə uyğun deyil. Mən neçə illər futbol oynamışam, sonra da daxili işlər orqanlarında işləmişəm. Heç vaxt belə əməllərlə məşğul olmamışam. Mən onların birliyinin üzvü olmuşam, niyə bu işi görüm?
Qulaminin məndən şikayəti varsa, niyə bunu sizə deyir, gəlsin üzbəüz danışaq, sözünü desin. Məni tanımır, yoxsa nömrəmi bilmir? Uzun illər çiyin-çiyinə işləmişik. Əslində, mən onu qınamıram. Çünki özüm də onun durumunda olmuşam, həmin incikliyi yaşamışam. İşsizlikdir, umacağı var. Futbolçuya diqqət yetirilməyəndə inciyir. Canı yanır, istəklərini dilə gətirir. Mən demirəm ki, o, düz danışmır. Sadəcə, məni hədəf götürməsi anlaşılan deyil. Bu, bizə yaraşmaz. Şuranı klub yaradıb, biz də icraçıyıq. Qarşıya hansı proqram qoyulubsa, biz də onunla getməliyik. Məqsəd veteranları klubun ətrafında birləşdirməkdir. Şuraya cəlb olunanlar təkcə "Kəpəz"in yox, həm də "Dinamo Kirovabad", "Tekstilşik" və "Tərəqqi"nin veteranlarıdır. Firuz bu gün o şurada yoxdursa, o demək deyil ki, heç vaxt olmayacaq. Xeyr, o da sıralarımıza cəlb olunacaq. Sadəcə, ilk iclasda yer məhdudiyyəti var idi. Bütün keçmiş futbolçuları, əfsanələri klubun ətrafında birləşdirmək vəzifəsi qarşıya qoyulub. Fikrimiz komandanı bu çətin durumdan çıxarmaq, dəstək olmaq və Gəncənin keçmiş futbolçuları ilə bağlı informasiya bazası formalaşdırmaqdır".   

Mirağa 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

29 İyun 2026
00:58

DÇ-2026: Kanada millisi 1/8 finalda

28 İyun 2026
23:57

Türkiyə millisi dünya çempionatları tarixinə görün hansı rekordla düşdü

23:03

"Sabah" "Ferentsvaroş"la sülhə razılaşdı

22:47

Murad Fətiyev Sindao Qran-prisinin bürünc medalını qazanıb

22:22

Nataniel Braun üçün 55 milyon avro

21:44

"Çelsi"dən Xabi Alonsonun istəyi ilə 30 milyonluq transfer addımı

21:08

"Şaxtyor" Çempionlar Liqası oyunlarını İngiltərədə keçirə bilər

20:38

"Mançester Yunayted" Xulian Alvares üçün birbaşa əlaqəyə keçdi

20:09

Argentinadan dünya çempionatında ağlasığmaz addım

19:42

"Real Madrid"də böyük "təmizləmə": Mourinyunun siyahısında kimlər var?

19:17

"Əl-Hilal" Rafinyadan imtina etdi

18:55

Florentino Peresdən Vinisius Juniora fantastik maaş təklifi

18:13

Modriç DÇ-də tarixi rekordu yenilədi

17:49

Qolsuz heç-heçənin ardından Koşta fərqləndirildi

17:12

Konqo DR - Özbəkistan duelinin ən yaxşı futbolçusu məlumdur

16:47

"Bütün Konqo xalqı adına xoşbəxtik" - Sebastyen Desabr

16:22

Kannavaro qrupdakı 3-cü yenilgini dəyərləndirdi

15:40

Dubla imza atdı, oyunun ən yaxşısı adına layiq görüldü

15:02

Hesabı açdı, matçın ən yaxşı oyunçusu oldu

14:43

Keyn Ronaldunu geridə qoydu

14:15

"Əlimizdən gələni edəcəyik ki..." - Vernidub Varqasla bağlı son vəziyyəti də açıqladı

13:38

Pley-offa yüksələn Əlcəzairin baş məşqçisi nə danışdı?

13:19

"Son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm" - Ralf Ranqnik

12:42

"Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda bizik"

12:08

Futbol tarixində Messi kimisi olmamışdı

11:39

Skaloni Argentinanın qələbəsini belə şərh etdi

11:23

Messi qrup mərhələsinin bombardiri oldu - Şərikli rekordçulara çata bildimi?

10:55

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri bilindi

10:17

DÇ-2026: Messi yenə qol vurdu, Argentina pley-offa maksimum nəticə ilə adladı

09:58

DÇ-2026: Konqo DR tarixində ilk dəfə pley-offda

09:00

DÇ-2026: İngiltərə millisi Panamanı, Xorvatiya seçməsi Qananı yendi

01:06

“Bu istəklə və templə davam edəcəyik” - Qurban Qurbanov

00:41

Meyson Qrinvud qərarını verdi: "Fənərbağça", yoxsa "Roma"?

00:02

Rafael Fiziyev 100 min avro qazandı

27 İyun 2026
23:42

"Beşiktaş" Kassum Ouattara transferində sona yaxınlaşır

23:15

UFC Bakı: Rafael Fiziyev ikinci raundda Manuel Torresi nokaut etdi

22:11

DÇ-2026: Argentina, Portuqaliya və İngiltərə növbəti sınağına çıxır

21:48

Qətərdən dünya çempionatında görünməmiş jest

21:43

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

21:06

"Çelsi" 55 milyon avroluq transferi bitirir

Facebookdan bizi izləməyi unutmayın.
X