
UEFA Çempionlar Liqasının dördüncü turunda səfərdə Fransanın PSJ-ni qəbul edən "Bayern Münhen" 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, qarşılaşma yarımmüdafiəçi Coşua Kimmix üçün əlamətdar olub.
"Opta"nın məlumatına görə, alman yarımmüdafiəçi meydana çıxmaqla Çempionlar Liqasında 100-cü oyununu keçirib. O, Manuel Noyer, Filipp Lam, Oliver Kan və Tomas Müllerin sırasına qatılaraq, "Bayern"in tarixində mötəbər klub yarışmasında 100 oyun keçirən beşinci oyunçu olub.
Münhen nəhəngi Çempionlar Liqasında 2025/26 mövsümündə ardıcıl dörd oyunda qalib gəlib. Vinsent Kompaninin yetirmələri növbəti turda London “Arsenal”ı ilə qarşılaşacaq.