
Arsenal-ın gənc oyunçusu Maks Douman Çempionlar Liqasında meydana çıxaraq tarixi rekorda imza atıb. 15 yaşlı yarımmüdafiəçi turnirin ən gənc debüt edən futbolçusu olub.
Fanat.Az xəbər verir ki, Douman bu uğura 15 yaş 308 günündə çatıb və indiyə qədər bu rekordun sahibi olan Yusufa Moukokonu (16 yaş 18 gün) geridə qoyub.
Rekordlar siyahısı belədir:
Gənc futbolçu “Arsenal” akademiyasının yetişdirdiyi ən istedadlı oyunçulardan biri kimi göstərilir və gələcəkdə əsas komandada daha çox şans qazanacağı gözlənilir.
Kamil Xudiyev