
İranın "İstiqlal" klubunun müdafiəçisi Armin Suxrabian əlində şərab şüşəsinin olduğu videoya görə cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, o, İranda 1979-cu ildən spirtli içkilərin istifadəsi ilə bağlı qadağanı pozduğu üçün məsuliyyətə cəlb edilib.
"Foot Mercato"-nun məlumatına görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları Suxrabian və klubundan izahat tələb edib.
Milli komandanın heyətində 1 oyun keçirən 30 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, bildirib ki, video uzun illər əvvələ aiddir və münaqişəsi olan biri tərəfindən yayımlanıb.
Suhrabian “Sepahan”la çempionluq, “İsteqlal”la isə kubokun ikiqat qalibidir.