14:01 12.01.2026 587

AFFA-nın bonus bölgüsü: "Karvan-Yevlax" 12 yerli futbolçusuna görə nə qədər qazanacaq?

Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin təxminən bir il əvvəl, konkret, 2025-ci ilin 3 fevralında baş tutan iclasında 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq etməsi barədə qərar çıxardı. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin, mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq. 

Fanat.Az qaydalara uyğun hesablama apararaq hansı klubun daha çox bonus əldə edəcəyini müəyyənləşdirib. 

Bunun üçün ilk növbədə legionerlərə görə toplanan rüsuma diqqət yetirək. Sözsüz ki, istər rüsum, istərsə də bonuslarla bağlı məbləğ mövsümün ilk yarısına əsasən hesablanıb. Qış fasiləsindən sonra bu rəqəmlər dəyişəcək. İstənilən halda, hazırkı mənzərəylə tanışlıq maraqlı olar.

Klublar 2 milyon 340 min manat rüsum ödəyiblər

İlk növbədə xatırladaq ki, Premyer Liqada bu mövsümdən legioner limiti ilə bağlı yeni qaydalar tətbiq olunub. Belə ki, klublar heyətindəki əcnəbilərə görə, əlavə rüsum ödəyirlər. Məhz ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən rüsumlarla bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Göründüyü kimi, say artdıqca, məbləğ də yüksəlir və mövsümün gedişində transfer edilən legioner göndərilsə belə, qeydiyyatdakı saydan azalmayacaq.

Premyer Liqa klublarının qış fasiləsinə qədər heyətinə qatdığı əcnəbi oyunçu sayı və onlara görə ödədiyi rüsumlar:

Qarabağ – 16 (585000 AZN)
Neftçi – 15 (385000 AZN)
Zirə – 15 (385000 AZN)
Sabah – 14 (285000 AZN)
Turan Tovuz – 13 (185000 AZN)
Araz-Naxçıvan – 12 (85000 AZN)
Karvan-Yevlax – 12 (85000 AZN)
Kəpəz – 12 (85000 AZN)
Sumqayıt – 11 (75000 AZN)
Şamaxı – 10 (65000 AZN)
İmişli – 10 (65000 AZN)
Qəbələ – 9 (55000 AZN)

Beləliklə, klublar mövsümün ilk yarısı ərzində legionerlərə görə 2 milyon 340 min manat rüsum ödəyiblər. "Legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi"ndəki rəqəmə aydınlıq gəlmədiyi üçün indiki halda "minimum 1 milyon" vəsaitə əsasən pay bölgüsünü hesablamalı olduq. İstənilən halda, minimum məbləğin ikiqatı toplandığı üçün AFFA bonus ayırmaqda çətinlik çəkməyəcək. Qış fasiləsinə qədər rüsumlardan toplanan vəsaitin təxminən 43 faizini bonuslara ayıracaq. 

"Karvan-Yevlax"da üstün statuslu yerli futbolçu yoxdur

Premyer Liqanın 1-16-cı turları ərzində klublar ümumilikdə 123 yerli futbolçunun xidmətindən yararlanıblar. Onların meydanda olduğu ümumi dəqiqələrin cəmi 57910-a bərabərdir. 

Bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun hesablamaya əsasən, altıncı sırada "Karvan-Yevlax" qərarlaşıb. Debütant mövsümün ilk yarısında 12 yerli, 12 əcnəbi futbolçunun xidmətindən yararlanıb. Legionerlərə 85 min manat rüsum ödəyən yevlaxlılar bu pulu yerlilərə şans verməklə artıqlaması ilə çıxarıb. Konkret, 12 azərbaycanlı futbolçu ümumilikdə 6471 dəqiqə top qovub. Düzdür,    onlardan hansısa üstün statusa malik deyil. Başqa sözlə, hamısı 1 əmsalla bonus alacaq. Bu o deməkdir ki, "bonus fondu"ndakı (1 milyon) pay faizi 9,04-ə bərabər olan "Karvan-Yevlax" 90400 manat gəlir əldə edəcək. Beləliklə, debütant AFFA-dan alacağı bonus hesabına legionerlərin rüsumuna xərclədiyi puldan (85 min manat) 5400 manat qənaət etmiş olacaq. 

Mirağa

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X