
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Ayntraxt"la oyununun təyinatları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu Bakıdakı qarşılaşmanı İsveçrədən olan hakimlər briqadasına tapşırıb.
Görüşün baş hakimi Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan de Almeyda və Yonas Erni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandax yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fendrix olacaq.
Qarşılaşmaya UEFA nümayəndəsi kimi isveçli Per Eliasson təyinat alıb.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.